Qazaxıstan multimodal marşrutları gücləndirir
Astana, 27 may, AZƏRTAC
Qazaxıstandakı ən böyük logistika terminalları operatoru olan “Kedentransservis” ASC və Danimarkanın “Maersk” şirkəti bu ölkə ərazisində yüklərin terminal xidməti sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, saziş çərçivəsində “Kedentransservis” ASC konteynerlərin emalı və saxlanması üzrə xidmətlər göstərəcək, həmçinin filiallar şəbəkəsi boyunca ölkədaxili daşımaları təmin edəcək.
Artıq “Maersk” şirkətinə məxsus ilk konteyner partiyası “Kedentransservis” ASC-nin Astana filialının terminalına çatdırılıb.
İmzalanmış saziş “Maersk”in Mərkəzi Asiyada multimodal marşrutların inkişafı üzrə uzunmüddətli strategiyasının bir hissəsidir.
Əməkdaşlıq çərçivəsində planlaşdırılan müntəzəm tədarüklər sabit yük axını yaradacaq və Qazaxıstanın multimodal nəqliyyat sisteminin genişlənməsinə töhfə verəcək. Bu da öz növbəsində, Qərb və Şərq arasında ölkənin etibarlı tranzit körpüsü kimi mövqeyini möhkəmləndirəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [14:35]
Almatı-Daşkənd qatarında qadınlar üçün ayrıca vaqon olacaq
- 27.08.2026 [14:26]
Nepalda sel fəlakəti zamanı azı 8 Almaniya vətəndaşı itkin düşüb
- 27.08.2026 [14:19]
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
- 27.08.2026 [13:59]
Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır
- 27.08.2026 [13:51]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb
- 27.08.2026 [13:37]
Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib
- 27.08.2026 [13:31]
Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb
- 27.08.2026 [13:26]