QAZAXISTAN NEFTİNİN BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ İLƏ TRANZİTİ HAQQINDA SAZİŞ HAZIRLANIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bunu “Qazmunayqaz” şirkətinin icraçı direktoru Sabir İsimbəyov bildirmişdir. Onun sözlərinə görə, hər iki ölkə ekspertlərinin saziş üzərində işi “müsbət məcrada aparılır və Qazaxıstanda işləyən xarici neft şirkətlərinin bu layihəyə daxil olmasının bəzi hüquqi aspektlərinin və kommersiya şərtlərinin razılaşdırılması mərhələsindədir.”
İsimbəyov əmin olduğunu söyləmişdir ki, yaxın günlər ərzində tərəflər artıq birgə sənəd üzərində işləməyə başlayacaqlar. Onun sözlərinə görə, saziş üzərində işdə Qazaxıstan tərəfinin rəhbər tutduğu prinsiplərdən biri - öz neftinin tranziti üçün neft kəmərindən istifadənin çoxvariantlı olmasıdır. Gələcəkdə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərindən istifadə etmək hüququ barəsində də bu prinsip əsas götürüləcəkdir. İcraçı direktor bildirmişdir ki, Qazaxıstanda “Teniz servis” şirkəti yaradılmışdır. Onun əsas vəzifəsi “sahil infrastrukturu”, yəni neftin nəqli üçün texniki şərait yaratmaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]
® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur
- 16.06.2026 [16:33]
SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər
- 16.06.2026 [16:33]