Qazaxıstan parlamentinin sədri koronavirusa yoluxub
Nur-Sultan, 17 iyun, AZƏRTAC
Qazaxıstan parlamentinin (aşağı palatanın) sədri Nurlan Niqmatulin koronavirusa yoluxub və özünütəcrid rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Karantin tədbirlərinə ciddi əməl edən, son ayda plenar iclas günü istisna olmaqla, heç kimlə təmas qurmayan spiker Nurlan Niqmatulin hər plenar iclasdan əvvəl koronavirus testindən keçib.
Nurlan Niqmatulin özünütəcrid haqqında qərar qəbul edib. Hazırda Məclisin sədri fəaliyyətini distant formada davam etdirir. Məclisin bu gün keçirilməsi nəzərdə tutulan plenar iclasına onun müavini sədrlik edəcək.
Xatırladaq ki, Qazaxıstanda koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət rejimi martın 16-dan aprelin 11-dək davam edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]