Qazaxıstan Prezidenti: Türk dünyası daim barışıq şəraitində yaşamalı və birlikdə inkişaf etməlidir
Astana, 15 may, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı qardaş ölkələr arasında ticarət, iqtisadi, yüksək texnologiyalar, rəqəmsal, mədəni və humanitar əməkdaşlığı gücləndirən unikal platformadır.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə verib.
“Türk dünyası daim barışıq şəraitində yaşamalı və bəyan etdiyimiz məqsədlərdən yayınmadan birlikdə inkişaf etməlidir. Bu səbəbdən bugünkü görüş, şübhəsiz ki, ortaq köklərə və tarixə malik ölkələrimizin birliyini gücləndirəcək”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Tokayev, həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatı geosiyasi layihə və ya hərbi təşkilat deyil, onun inkişafı isə Qazaxıstanın milli maraqları nöqteyi-nəzərindən açıq şəkildə faydalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [16:48]
Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var
- 15.05.2026 [15:48]
Prezident Ərdoğan: Ankara Daşkənd ilə əlaqələri dərinləşdirməyə hazırdır
- 15.05.2026 [15:29]
BƏƏ Hörmüz boğazından yan keçəcək boru kəmərinin inşasını sürətləndirib
- 15.05.2026 [15:27]
Konqoda 246 nəfərin ebola virusuna yoluxduğu ehtimal edilir
- 15.05.2026 [15:27]