QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB NURSULTAN NAZARBAYEVƏ
Milli bayram – Müstəqillik günü münasibətilə Sizi və bütün dost Qazaxıstan xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, ikitərəfli əlaqələrimizin bundan sonra da inkişafı və dərinləşməsi, irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində uğurlu qarşılıqlı fəaliyyətimiz, regional və beynəlxalq strukturlarda əməkdaşlıq və qarşılıqlı dəstəyimiz ölkələrimizin və xalqlarımızın firavanlığı və tərəqqisi, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 9 dekabr 2005-ci il.