Qazaxıstan səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
Bakı, 8 noyabr, AZƏRTAC
Qazaxıstanın ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir.
Bu əlamətdar tarix Azərbaycan xalqının ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsi naminə birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi Azərbaycan Respublikasının şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:34]
Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
- 27.09.2026 [13:52]
Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır
- 27.09.2026 [12:35]