Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub
Bakı, 14 iyun, AZƏRTAC
Qazaxıstan iyunun 14-dən avqustun 31-dək şəkər ixracına müvəqqəti qadağa tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, qadağa Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə də aiddir. Nazirlik bu addımı yay aylarında daxili bazarda şəkər istehlakının artması səbəbindən tələbatı ödəmək üçün atdığını bildirib. Məhdudiyyətlər şəkərin Qazaxıstan ərazisindən beynəlxalq tranzitinə şamil edilmir.
Avrasiya İqtisadi Komissiyası çərçivəsində bu il Qazaxıstan üçün 300 min ton həcmində xam şəkərin rüsumsuz idxalına kvota müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]