Qazaxıstan vilayətləri koronavirusun “qırmızı” zonasından çıxır
Nur-Sultan, 6 may, AZƏRTAC
Qazaxıstan bölgələrində epidemioloji vəziyyətin qiymətləndirilməsi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, COVID-19-un yayılmaması üzrə İdarələrarası Komissiyanın bildirdiyinə görə ölkədə 2 vilayət koronavirus infeksiyası üzrə “ qırmızı” zonadan çıxıb. Eyni zamanda, ölkənin 17 bölgəsindən səkkizi “qırmızı” zonada qalır.
Qeyd edək ki, ölkə bu il martın 30-dan infeksiyanın yayılması baxımından yüksək risk zonasındadır.
Son sutkada Qazaxıstanda cəmi 2443 nəfər koronavirusa yoluxub, 3816 nəfər sağalıb. Ümumilikdə ölkə üzrə COVID-19-a yoluxanların sayı 334 812-ə, sağalanlar isə 288 187-ə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]