QAZAXISTANDA DƏNİZ XİLASETMƏ DƏSTƏSİ YARADILIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan 2006-cı ildən etibarən Xəzərdə xüsusi dəniz xilasetmə dəstəsi yaradacaqdır. Bu barədə jurnalistlərə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin departament direktoru Sarım Kabbasov məlumat vermişdir. O demişdir ki, son vaxtlar Xəzərdə getdikcə daha çox kəşfiyyat və qazma işləri, neft əməliyyatları aparılır. Nəticədə qəzaların baş verməsi ehtimalı da artır.
Onun sözlərinə görə, xilasetmə dəstəsi Xəzər hövzəsində mümkün texnogen qəzaların, yanğınların, dənizə neft sızmasının qarşısını almaq, qəzaya uğrayan gəmiləri və adamları xilas etmək məqsədi ilə yaradılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]