QAZAXISTANDA ƏR-ARVAD TOYLARININ 78 İLLİYİNİ QEYD EDİRLƏR
Zeynulla və Asəm keçən əsrin iyirminci illərində tanış olmuşlar. İkisi də Qaraqanda vilayətinin Karkaralinsk rayonundandırlar. Asəm varlı və nüfuzlu, Zeynulla isə kasıb ailədəndir. Öz nişanlısının razılığını almaq ücün Zeynulla onun dalınca çox gəzmişdir. O, “Karavan” qəzetinə müsahibəsində demişdir: “Mən ona gül hədiyyə etmirdim. O çətin günlərdə qazaxlar üçün ən yaxşı hədiyyə ərzaq idi. Mən çalışırdım ki, hər dəfə görüşə gələndə ona ləziz yemək gətirim”.
Dünyada bir yerdə yaşamalarının 70 illiyini qeyd edən ailələr çox azdır. Yubiley təqvimində sonuncu yeri 75 il - “tac toyu” tutur. Əlbəttə, daha uzunömürlü ailələr də var. Məsələn, Azərbaycanda Ağayevlər ailəsi bir əsr birgə ömür sürmüşdür.
Yüz yaşlı Zeynulla və onun 96 yaşlı xanımı Asəm bu rekordu təkrarlayacaqlarına ümid bəsləyirlər. Ər-arvadın dediyinə görə, ən çətin dövr müharibə illəri idi. Asəm yoldaşının cəbhədən gayıtmasını 4 il gözləmişdir. Bir neçə il bundan əvvəl ər-arvad vilayət mərkəzinə köçmüşdür. Seysembeklər ailəsində 3 qız və 4 oğlan övladı böyümüşdür. Onların, demək olar, hamısı pensiyaçıdır. Uzun ömür sürən ər-arvadın 16 nəvəsi,17 nəticəsi və 2 kötükcəsi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]