Qazaxıstanda gənc rəssamlardan həkimlərə dəstək VİDEO
Nur-Sultan, 21 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtında gənclər təhlükəli koronavirusla mübarizədə yorulmadan çalışan ölkə həkimlərinə minnətdarlıq və təşəkkürlərini bildirmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, gənc rəssamlar Nur-Sultanda beşmərtəbəli binalardan birinin fasadında koronavirusla mübarizə aparan həkimin şəklini çəkiblər. Tibb universiteti yaxınlığında seçilən bina təsadüfi deyil. Çünki ərazisində universitet tələbələri çoxdur və bu rəsm həkim peşəsinin nə qədər vacib olduğunu göstərir.
Bu mural yalnız karantin zamanı deyil, hər zaman həkimlərin əməyini xatırladacaq. Yaradıcı gənclərin bu jesti təkcə həkimlərə və hüquq-mühafizə orqanlarına deyil, hər kəsə dəstəyin nə qədər vacib olduğunu göstərir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:49]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]