QAZAXISTANDA İÇV-YƏ YOLUXAN UŞAQLARIN SAYI 61 NƏFƏRƏ ÇATMIŞDIR
Xəstə uşaqlara süd verən daha iki qadın da virusa yoluxmuşdur. Dörd xəstə uşaq ölmüş, mütəxəssislərin təhlükəli qrupa daxil etdiyi bir neçə min uşaq isə hələ İÇV testindən keçməmişdir. YUNİSEF Qazaxıstana İÇV-nin yayılmasının qarşısını almaqda kömək etmək niyyətində olduğunu bildirmişdir. Yaxın günlərdə xarici mütəxəssislərdən ibarət bir neçə qrupun Qazaxıstana gələcəyi gözlənilir. Onlar zərər çəkmiş uşaqların ailələrinə psixoloji yardım göstərəcəklər.
Ötən həftə Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında səhiyyə naziri və Cənubi Qazaxıstan vilayətinin hakimi vəzifələrindən azad edilmişlər. Səhiyyə Nazirliyinin tibb preparatlarının keyfiyyətinə nəzarət komitəsinin sədri də vəzifəsindən kənarlaşdırılmışdır. Nazirliyin apardığı yoxlamalar zamanı donor qanının tədarükü ilə məşğul olan 156 müəssisənin 64-də pozuntular qeydə alınmış, 5 təşkilatın fəaliyyəti dayandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]