QAZAXISTANDA MENİNGİT EPİDEMİYASI
Fövqəladə Hallar Agentliyinin mətbuat xidmətinin məlumatına görə, hazırda Almatının infeksiya xəstəxanalarında meningit diaqnozlu 155 adam var, onların 86-da seroz meningiti qeydə alınmışdır. Ümumiyyətlə, iyulun 1-dən avqustun 23-dək şəhərin tibb ocaqlarına meninqokok infeksiyası diaqnozu ilə 490 adam qoyulmuşdur, onların 90 faizi 14 yaşınadək olan uşaqlardır.
Həmin dövrdə Semipalatinskin uşaq klinikasında 82 adam stasionar müalicədə olmuşdur. Onların 80-i seroz meningitinə tutulmuşdur. Pavlodar vilayətində 34 adam bu virus xəstəliyinə yoluxmuşdur.
Həkimlərin fikrincə, Qazaxıstanda meningitlə kütləvi xəstələnmə halları sentyabrın əvvəllərində azalmağa başlayacaqdır. Onlar bunu profilaktik iş aparılması və sututarlarda suyun soyuması ilə izah edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]