QAZAXISTANDA NEFT KƏMƏRİNDƏ QƏZA BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın Uzen-Atırau-Samara yeraltı magistral neft kəmərinin 326-cı kilometrliyində böyük qəza baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, torpağa axan neftin həcmi dəqiqləşdirilir. Hadisə yerində qəza-bərpa işlərinə başlanmışdır.
Uzen-Atırau-Samara neft kəməri 20 il əvvəl çəkilmişdir və qəza məhz korroziya nəticəsində baş vermişdir.
Bu, son bir neçə gün ərzində Qazaxıstanın Mangistay vilayətində baş verən ikinci böyük qəzadır.