QAZAXISTANDA “ŞKODA” MAŞINLARI BURAXILACAQDIR
Çexiyanın xarici işlər naziri Siril Svoboda Qazaxıstana səfəri zamanı Prezident Nursultan Nazarbayevlə görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılmış, Qazaxıstanın Çexiya şirkətləri və sərmayəsi üçün açıq olduğu bildirilmişdi.
Həmin vaxt Yst-Kamenoqorsk avtomobil zavodunun bazasında “Şkoda” minik maşınlarının istehsalına başlamaq haqqında da razılıq əldə olunmuşdur.