QAZAXISTANIN ŞƏN VƏ HAZIRCAVABLAR KOMANDASI BAKIDA İKİNCİ BEYNƏLXALQ FESTİVALIN QALİBİ OLMUŞDUR
Bakı, 25 aprel (AZƏRTAC). Astananın (Qazaxıstan) yığma komandası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında başa çatmış Şən və Hazırcavablar Klublarının “Alov Kuboku” II Beynəlxalq festivalın qalibi olmuşdur.
Comedy.az production şirkətinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışmada qalib adı uğrunda Azərbaycanın “Bakinski ekspromt” və Gürcüstanın “Dinamo Tbilisi” komandaları da mübarizə aparmışlar. İştirakçılar 4 mərhələdə yarışmışlar. Münsiflər heyətinin qərarı ilə daha maraqlı çıxış edən Qazaxıstan komandası festivalın qalibi adını qazanmışdır.
Münsiflər heyətinin tərkibində “Maxaçqalinskiye brodyaqi” komandasının kapitanı Xəlil Musayev, “Parni iz Baku” komandasının kapitanı Anar Məmmədxanov və digərləri yer almışdılar.
Artıq ənənəyə çevrilmiş “Alov kuboku”nun ötən ilin martında keçirilmiş ilk oyununda mükafatlar “Dinamo” (Gürcüstan) və “Raysentr” (Qazaxıstan) komandalarına verilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]