“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
Bakı, 7 iyul, AZƏRTAC
“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaqlar. Bunu birinci təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıblar - 1:0, 4:0.
“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]