“Qəbələ” klubu Bakıdakı hazırlığını başa vurub
Bakı, 9 sentyabr, AZƏRTAC
Premyer Liqanın V turunun “Zirə” ilə oyunundan (1:0) sonra qısa istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını Qəbələdə davam etdirəcək.
Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Görüş saat 17:00-da başlayacaq.
Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək “Qəbələ” VI turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.
Qeyd edək ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]