“Qəbələ” komandası “Bakcell U-17 Liqası”nın qalibi olub
Bakı, 25 aprel, AZƏRTAC
“Qəbələ” Futbol Akademiyası 2017/2018-ci il mövsümündə ilk titulunu qazanıb. “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın təşkil etdiyi “Bakcell U-17 Liqası”nın çempionu olub.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” qızıl medalları XXIX turda rəsmiləşdirib. Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. Yetmiş üç xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.
Xatırladaq ki, “Qəbələ” 2009/2010-cu, 2012/2013-cü və 2014/2015-ci il mövsümlərində də bu liqanın qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:42]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]