“Qəbələ” Macarıstan klubu ilə qarşılaşacaq
Bakı, 26 yanvar, AZƏRTAC
“Qəbələ” futbol klubu 2018-2019-cu il mövsümünün ikinci yarısına hazırlığı Antalyada davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu gün Sənan Qurbanovun yetirmələri üçüncü yoxlama oyununda güclərini sınayacaqlar.
Macarıstanın MTK klubu ilə keçiriləcək görüş Bakı vaxt ilə saat 19:00-da başlayacaq.
“Qəbələ” daha əvvəl Almaniyanın “Meppen” klubuna 1:2 hesabı ilə məğlub olub, Rusiyanın “Yenisey” komandası ilə matç isə heç-heçə yekunlaşıb - 2:2.
“Qırmızı-qaralar” yanvarın 27-də səhər saatlarında Vətənə yola düşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]