Qəbələ rayonunda 80 hektar sahədə mədəni meşə salınmışdır
Qəbələ, 2 yanvar (AZƏRTAC). Qəbələ rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır. Rayonun baş meşəbəyisi Arzu Qocayev AZƏRTAC-a bildirmişdir ki, 2011-ci ildə Qəbələnin Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında plana uyğun olaraq 80 hektar sahədə mədəni meşə salınmışdır. Həmin ərazilərə ümumilikdə 135 min ağac tingi əkilmişdir. Əkin zamanı qoz, şabalıd, akasiya, vələs, göyrüş, ağcaqayın, palıd, fıstıq və digər qiymətli ağac növlərinə üstünlük verilmişdir. Həmçinin bu müddətdə rayon meşələrin mühafizəsi və bərpası müəssisənin 8 hektara yaxın tinglik təsərrüfatında 949 min ting yetişdirilmiş, iki hektar sahədə yeni tinglik salınmışdır. Xatırladaq ki, 2010-cu ildə rayonda 120 hektar sahədə yeni meşə salınmışdı.
Bununla yanaşı, rayonun meşəçiləri 2011-ci ildə 33 min 976 hektar sahədə mövcud dövlət meşə fondunun mühafizəsini və bərpasını uğurla həyata keçirmiş, yanğından mühafizə məqsədilə tədbirlər görmüş, təbii bərpaya kömək tədbirləri həyata keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]