Qəbələdə 2 mindən çox ağac əkilmişdir
Qəbələ, 26 dekabr (AZƏRTAC). Qəbələ rayonunun mərkəzində və kəndlərdə mütəmadi olaraq yaşıllıqların salınması işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilmişdir. Tədbirdə rayon ziyalıları, idarə və təşkilatların nümayəndələri, sıravi vətəndaşlar iştirak etmişlər.
Aksiya zamanı Nohur gölünün ətrafında, Vəndam meşəçiliyi sahəsində iki mindən çox ağac əkilmişdir. Ərazinin relyefi nəzərə alınaraq qoz, ağcaqayın, vələs, qovaq ağaclarının əkilməsinə üstünlük verilmişdir.
Rayonun kənd və qəsəbələrində də ağacəkmə kampaniyası ilə yanaşı, küçə və meydanların təmizlənməsi diqqət mərkəzində saxlanılır. Bu isə öz növbəsində Qəbələdə ekoloji tarazlığın qorunmasına, həmçinin ətraf mühitin gözəlliyinin saxlanılmasına təkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]