QƏBƏLƏDƏ TƏHSİL SİSTEMİNİN MADDİ-TEXNİKİ BAZASI MÖHKƏMLƏNDİRİLİR
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən il rayonun Çarxana və Daşca kəndlərində 120 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Proqrama uyğun olaraq, bu il Tüntül və Əmirvan kəndlərində 240 yerlik daha 2 məktəb binasının tikintisi nəzərdə tutulub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Nohurqışlaq kəndində tikilən 420 yerlik yeni məktəb binasının inşasında isə son tamamlama işləri aparılır. Məktəb binası yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcəkdir.
Bundan əlavə, cari ildə rayonun Uludaş kəndində Yaponiya hökumətinin qrantı hesabına 320 yerlik yeni məktəb binasının tikintisinə də başlanılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]