“Qəbələ”nin futbolçuları 29 dəfə rəmzi komandada yer alıblar
Bakı, 10 aprel, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən 20-ci turdan dayandırılan futbol üzrə Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıblar.
AZƏRTAC kluba istinadla xəbər verir ki, mövsümdə 5 dəfə turun oyunçusu adına “Qəbələ”nin üzvü layiq görülüb. Bu adı fərqli oyunçular qazanıblar. Bunlardan üçü II, ikisi III dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb. XIX turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (X tur), Merab Qiqauri (XI tur), Fernan Lopez (XIII tur) və Nikolas Raysel (XX tur) də hərəyə bir dəfə fərqləniblər.
“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib. Bunlar xorvatiyalı İvitsa Juniç (XIII, XVI, XIX, XX), gürcülər Merab Qiqauri (V, VII, XI, XIII) və Davit Volkovdur (IX, X, XI, XIII). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil ediliblər. Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov XI, XIII və XX, Fernan Lopez X, XI, XIII, Qismət Alıyev X, XI və XIX turlarda ən yaxşılar sırasında olublar. Klesio Bauk (VII, XIII) bunu 2 dəfə bacarıb. Ümumilikdə, mövsüm ərzində klubun 13 oyunçusu rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlər isə Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev, Rövlan Muradov, Amin Seydiyev və Nikolas Rayseldir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]