Qədim Kastamonu Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib
Ankara, 3 oktyabr, AZƏRTAC
Türkiyənin qədim yaşayış məskənlərindən olan Kastamonu şəhəri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.
AZƏRTAC xəbər verir ki, aksiya Qarabağın düşmən tapdağından azad olunması üçün zəfər döyüşü keçirən Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə təşkil olunub. Yerli əhali iki qardaş ölkənin dövlət bayraqlarının qoşa dalğalanmasına dəstək olaraq aksiyaya qoşulub.
Qeyd edək ki, 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olan Kastamonuda hər zaman Azərbaycana dəstək şüarları səslənib. Şəhər rəhbərliyi davamlı olaraq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olması barədə bəyanatlar səsləndirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]