QƏLYAN SİQARETDƏN DAHA ZƏRƏRLİDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, bir neçə əsr əvvəl Yaxın Şərqdə yaranmış qəlyan çəkmək vərdişi Avropa ölkələrində, ABŞ və Rusiyada da sürətlə dəb düşür. Getdikcə daha çox gənc adi tütün tüstüsündən daha çox qəlyanla çəkilən, bal, tütün və Şərqə məxsus rayihəli maddələrin spesifik ətrinə üstünlük verir. Yeni meylin tərəfdarlarının fikrincə, qəlyan çəkmək adi siqaret və çubuq çəkməkdən daha xoşdur, həm də təhlükəsizdir. Hesab olunur ki, su vasitəsilə çəkilən qəlyan tüstüsü nəfəs yollarına və ağciyərə nisbətən az təsir göstərir.
Lakin Kanada alimləri geniş yayılmış bu təsəvvürü yanlış sayırlar. Beynəlxalq İnkişaf Tədqiqat Agentliyinin əməkdaşı xanım Linda Varverleyin məlumatına görə, qəlyan həvəskarlarının ağciyərlərinə 45 dəqiqə ərzində hopan karbon oksidinin miqdarı adi siqaretdəkindən iki dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]