Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qənirə Paşayeva: Məğlubun sözü keçmir

Qənirə Paşayeva: Məğlubun sözü keçmir

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Bəlli olduğu kimi, bu üçtərəfli görüşün məqsədi hər üç liderin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli Bəyanatın gerçəkləşdirilməsinin gedişini, başqa sözlə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair addımları müzakirə etmək idi. Azərbaycan bu görüşə qalib tərəf olaraq, Rusiyanın tərəfdaşlıq, qonşuluq jestlərini qiymətləndirərək qatılmışdı. Bu, Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Qənirə Paşayeva deyib: “Danışıqların nəticəsi olaraq, yeni Bəyanat imzalanıb. Tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə edib. Gəlin həmin bəndi və bu bənd haqqında Azərbaycan Prezidentinin fikirlərini olduğu kimi xatırlayaq:

“9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Azərbaycan Prezidenti ötən il noyabrın 10-da xalqa müraciətində deyib: “Xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”.

Beləliklə, Moskva görüşü Azərbaycan Prezidentinin qətiyyətinin, prinsipiallığının yeni sənədlə təsbit və inkişafı deməkdir. Yeni Bəyanat 10 noyabr Bəyanatının məhz 9-cu bəndinə əsaslanır, o bənd məhz Azərbaycan prezidentinin təkidi ilə Bəyanata salınıb və Azərbaycan üçün, normal qonşuluq edə bilən bütün tərəflər, yeni tərəfdaşlar üçün çox önəmlidir. Burada ölkəmizin coğrafi mövqeyinin bizə qazandırdığı üstünlüklər, ölkə başçımızın, müzəffər Ordumuzun əldə etdiyi tarixi Zəfər sayəsində siyasi iradə ilə sabitlik və perspektiv qazanmış oldu.

“Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!”. Ümummilli Liderin bu tarixi kəlamı üçtərəfli Bəyanatın icrası ilə birgə yeni imkanlar, yeni çağırışlarla bir daha öz parlaq təcəssümünü, ifadəsini və təsdiqini tapmış olacaq. O yol ki, Azərbaycanın regionlarını birləşdirəcək, Naxçıvanı blokadadan çıxaracaq; “Tarixi İpək Yolu”, “Mehri Yolu”, yaxud “Türk Yolu”, başqa sözlə, “Azərbaycan Yolu” olaraq, necə deyərlər, dünəni bu günə, bu günü sabaha daşıyacaq. Biz tarixin dünənində vardıq, bu gün varıq, sabah, əlbəttə, var olacağıq. Naxçıvanla Zəngilan arasında qara zolaq kimi mövcud olan “Uğursuz dövlət”in hakimiyyəti isə, uzağı 100 il öncələrdə bu torpaqlarda dövlət olaraq şəkillənib - dünəni yoxdur, bu günü bərbaddır, iqtisadiyyatı tənəzzül vəd edir - məğlub ölkədir; sabahı - özündən asılı deyil...

Digər tərəfdən, əgər yolun mədəniyyət siqlətini qəbul ediriksə, o zaman yenə əyani müqayisə imkanı yaranır: ermənilər bütün dövrlərdə bizim mədəniyyətimizdən bəhrələnib, təsirlənib və bir qədər də “irəli gedərək”, bizim mədəni irsimizi erməniləşdirmək, özününküləşdirmək xətti tutub. Elə yalnız bu yöndə onlarla fakt sadalamaq olar. Yüksək olan, güclü olan, yaxşı olan mənimsənilmiş sayıla bilər, kimsə özündə olanı, özününkündən daha zəif irsi niyə özününküləşdirmək istəsin, ondan niyə təsirlənsin ki? Deməli, Ermənistan cəmiyyəti yaradıcı yox, mədəniyyət istehlakçısı kimi təsnif edilə bilər. Bax, bütün bu və bənzəri olaylar, üçtərəfli Bəyanatın tam gücü ilə həyata keçdiyi vaxt istehlakçı ilə istehsalçını, üstünlə yenilmişi, imkanlarla imkansızlıqları, doğru ilə yalanı... avtomatik olaraq eyni müstəviyə daşıyacaq, müqayisə imkanı hər kəs üçün əlçatan olacaq. Erməni siyasi-hərbi rəhbərliyinin uzunmüddətli yalanları ilə aldadılmış erməni cəmiyyəti, gerçəklikləri daha aydın şəkildə, praktik müstəvi üzərində maddiləşmiş formada görüncə, yeni münasibətlər sistemi yaranacaq. Məsələn, Ermənistanda normal cəmiyyət quruculuğu, bizim Dağlıq Qarabağ bölgəmizdəki ermənilərin Azərbaycan vətəndaşlığından şərəf duyması, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini daşımaq üçün can atması sürətli bir proses olacaq. Əlbəttə, seçim onlarındır: Azərbaycanla mehriban davranmaq bir seçimdir - bu xilas seçiminin alternativi isə erməni cəmiyyəti üçün uçurumdur...

Beləliklə, üçtərəfli Bəyanat bir daha təsdiq edir ki, Moskva görüşü Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Respublikamız hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, bu mövqeyini qoruyur və qoruyacaq.

Əlbəttə, indi bütün region ölkələri maraqlı olmalıdır ki, regionumuz bundan sonra davamlı və təhlükəsiz inkişafla təmin olunsun. Biz müharibə lazım olunca müharibə etdik, gücümüzü göstərdik. Əbədi müharibə olmur, müharibə bir tərəfli ziyan vurmur; o, son çarə olaraq meydana çıxır və nəticələri ilə sonrakı dönəmə təsir edir.

Prezident İlham Əliyevin dediyi kimi, “qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

Bir sözlə, Azərbaycan tərəfi görüşdə istədiyinə nail olub. Üçtərəfli Bəyanatın mətni, özəlliklə, humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması dediyimizi təsdiq edir. Yəni, rəsmi Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da alınmayacaqdı. Bu, faktiki olaraq Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Respublikamız öz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də qardaş Türkiyə ilə bağlarını gücləndirəcək, ölkəmizin geoiqtisadi önəmi və əlbəttə, gəlirləri artacaq. Buraya tranzit daşımaları, ticarət, turizm sektoru və s. daxildir.

Moskva görüşü öncəsi Ermənistan rəhbərliyinin xəstələnməsi, habelə Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi tərəfindən Moskva görüşünün pozulmasına cəhdlər - görüşdən imtinaya çalışmalar heç bir sonuc verməmiş oldu. Paşinyan iri qara çanta ilə görüşə qatılsa da, o qara çantadakılar bir işə yaramadı. Nə Ermənistan tərəfinin hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə qondarma rejimin statusu, nə də Minsk qrupu formatında danışıqların bərpası və s. masaya və Bəyanata yansımadı.

Paşinyan hökumətinin özünün və erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi alınmadı. Məğlubların sözü keçmir!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir