Qərb bölgəsində Ulu Öndərin xatirəsi ehtiramla yad edilib
Gəncə, 12 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar, dahi rəhbərin əziz xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, qərb bölgəsi rayonlarında da dərin hörmət və ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Samux, Göygöl və Daşkəsən rayonlarında anım tədbirləri keçirilib. Rayonların rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.