QƏRB UNİVERSİTETİNİN NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məzunlara diplomların təqdim olunması mərasimi keçirilmişdir. Mərasimdə xarici ölkə səfirliklərinin nümayəndələri, ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya və digər ölkələrdən gəlmiş professor və müəllimlər də iştirak edirdilər.
Tədbirdə vurğulanmışdır ki, indi bu təhsil ocağının məzunlarının xoş sorağı dünyanın müxtəlif guşələrindən gəlir. Bu da universitetdə tədrisin beynəlxalq standartlar səviyyəsində qurulmasından xəbər verir.
Təhsil nazirinin müavini Elmar Qasımov ölkəmizdə gənclərin biliklərə yiyələnməsi üçün yaradılmış əlverişli şəraitdən danışmış, yüksək ixtisaslı mütəxəssislər hazırlayan professor-müəllim heyətinin səmərəli əməyini yüksək qiymətləndirmişdir.
Sonra məzunlara bakalavr və magistr diplomları təqdim olunmuşdur.
Axırda universitet tələbələri maraqlı konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]