Qərbi Azərbaycan İcmasının üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
Bakı, 20 yanvar, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının (QAİ) üzvləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, İcmanın üzvləri şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.