Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan mövzusunda yeni kitabın təqdimatı olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr olunmuş “Azərbaycan” qəzetində Qərbi Azərbaycan mövzusu: sentyabr 1918 - oktyabr 1919” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 27 Sentyabr - Anım Günü ilə bağlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Biz uzun illər ortaya qoyulmasına imkan verilməmiş Qərbi Azərbaycan həqiqətlərini işıqlandırmaq istiqamətində ardıcıl fəaliyyət göstəririk. Ən yaxın tərəfdaşlarımızdan biri ali məktəblərimizdir. Onların arasında ADA Universiteti xüsusi yer tutur. ADA Universitetinin prorektoru Fariz İsmayılov Milli Məclisdə Qərbi Azərbaycan üzrə yaradılmış təşəbbüs qrupunun üzvü kimi bu məsələdə çox fəal iştirak edir və bütün tədbirlərimizdə yanımızdadır”, - deyə Ə.Ələkbərli qeyd edib.

Ə.Ələkbərli təqdimatı keçirilən kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm töhfə verdiyini vurğulayaraq deyib: “Kitabda 1918-1920-ci illərdə Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər Azərbaycan mətbuatının materialları əsasında əks olunub. Bu faktlar həm tariximizin, həm də milli yaddaşımızın ayrılmaz hissəsidir”.

O əlavə edib ki, əlifbanın tez-tez dəyişdirilməsi xalqımız üçün ciddi itkilərə səbəb olub: “Bu gün çox az ziyalımız 1918-1920-ci illərin mətbuatı ilə yaxından tanış ola bilir. Ona görə də həmin dövrün qəzet və məqalələrinin üzə çıxarılması və nəşri qarşıda duran vacib vəzifələrdəndir”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan tarix boyu dəfələrlə erməni millətçilərinin əsassız iddiaları və təcavüzkar siyasəti ilə üz-üzə qalıb. “Bu kitab bir daha göstərir ki, xalqımız tarixən basqılara, deportasiyalara, soyqırımı cəhdlərinə baxmayaraq, ciddi müqavimət göstərib. Həmin dövrdə mətbuatda dərc olunan yazılar, sadəcə, quru informasiya deyil, həm də xalqımızın faciələrini, eyni zamanda, mübarizəsini əks etdirən qiymətli tarixi mənbələrdir. Bu kitab hər bir azərbaycanlının stolüstü kitabı olmalı, gələcək nəsillərə milli yaddaşın ötürülməsi baxımından mühüm vəsait kimi dəyərləndirilməlidir”, - deyə deputat qeyd edib.

Aydın Mirzəzadə xatırladıb ki, ermənilər tarixi boyu imperiya dairələrinə yaxın olmaqla, müxtəlif siyasi imkanlardan yararlanaraq Azərbaycan torpaqlarına iddialarını davam etdiriblər. O bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq, daha sonra 1918-ci ildə və sonrakı illərdə erməni millətçiləri böyük dövlətlərin dəstəyi ilə bölgədə üstünlük qazanmağa çalışıblar. “Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqı daim təzyiqlərə məruz qalıb. Lakin bütün bunlara baxmayaraq, xalqımız milli varlığını qoruyub saxlamağı, mübarizəsini davam etdirməyi bacarıb. Bu kitabda həmin mübarizənin izləri aydın görünür. Ona görə də nəşrin təqdimatı yalnız elmi hadisə deyil, həm də tarixi ədalətin bərpası istiqamətində atılan mühüm addımdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan ziyalıları və mətbuat orqanları bu məsələnin işıqlandırılmasında mühüm rol oynamalıdır. A.Mirzəzadənin sözlərinə görə, tarixi faktların üzə çıxarılması, arxiv materiallarının toplanması və yeni nəşrlərin hazırlanması Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə mühüm töhfə verir.

Təqdimat mərasimində çıxış edən tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə və başqaları qeyd ediblər ki, araşdırmalar yalnız tarixi faktların üzə çıxarılması ilə məhdudlaşmır, həm də hüquqi müstəvidə dəyərləndirilir. Bu baxımdan əsər Qərbi Azərbaycanda və bütövlükdə xalqımızın 200 illik tarixi boyunca baş verən faciələrin və törədilən cinayətlərin sənədlərlə təsdiq olunmuş salnaməsi kimi qiymətləndirilib.

Çıxışlarda vurğulanıb ki, "Azərbaycan" qəzetində dərc olunan məqalələr, arxiv materialları və müxtəlif mənbələr əsasında hazırlanan bu nəşr təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir. Əsərdə yalnız ermənilərin törətdiyi qanunsuzluqlar deyil, eyni zamanda, bu cinayətlərin arxasında duran qüvvələr də təhlil olunur. Bu faktların araşdırılması tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır