Qətər: OPEC və qeyri-OPEC ölkələri arasındakı iş birliyi istehsal məhsuldarlığı artıracaq
Bakı, 7 mart, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələr arasındakı iş birliyi sayəsində istehsal məhsuldarlığı artacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Əl-Sada Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında deyib.
O bildirib ki, neftin bir barrelinin qiymətinin 2014-cü ilin ortalarında 120 dollardan 2016-cı ilin əvvəlində 27 dollara qədər geriləməsi nəticəsində neft bazarında həm istehsalçılar, həm də istehlakçılar zərərə uğrayıb. OPEC-ə üzv ölkələrin birgə səyləri ilə bəzi qeyri-OPEC neft istehsalçısı ölkələrlə 2016-cı ildə “Əməkdaşlıq Bəyannaməsi” razılaşması imzalanıb və bu, qlobal bazarda yenidən tarazlığı meydana gətirib.
“Keçən il ABŞ-ın şist nefti istehsalı OPEC-in azaltdığı neft hasilatının həcmindən daha çox olub. Lakin buna baxmayaraq OPEC-ə üzv ölkələrin çıxardığı ənənəvi enerji mənbələri neft bazarında rəqabətli və ucuz olmaqda davam edəcək, gələcəkdə də öz gücünü qoruyacaq. Qlobal enerji tələbatında neftin ən üst sırada olmaqda davam etməsi gözlənilir. OPEC və kartelə daxil olmayan ölkələr arasındakı iş birliyi sayəsində istehsal məhsuldarlığının artacağına ümid edirəm”, - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]