Qətərdə iki stadionun tikintisi tezliklə başa çatacaq
Bakı, 26 dekabr, AZƏRTAC
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatı üçün hazırlanan “Əl-Beyt” və “Əl-Vakra” stadionlarının tikintisi tezliklə başa çatacaq.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, dünya çempionatı üçün səkkiz stadion tikilib və yenidən qurulacaq. Ötən günlərdə artıq Dohada “Xəlifə” Arena istifadəyə verilib.
Qırx min tamaşaçı tutumuna malik “Əl-Vakra” stadionu ərəb gəmisinə oxşar şəkildə hazırlanıb. “Əl-Beyt” stadionu isə 60 min tamaşaçı üçün nəzərdə tutulub və Ərəb çadırını xatırladır.
Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı üçün inşa edilən bütün stadionlar 2021-ci ildə istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]