“QEYRƏT” QƏZETİNİN İLK NÖMRƏSİ ÇIXMIŞDIR
Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin “Qeyrət” qəzetinin ilk nömrəsi çıxmışdır. “Şuşaya doğru” rubrikası ilə nəşrə başlayan qəzetdə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olan, sağlamlığını itirən igid Vətən oğullarının ömür yolundan, didərgin həmvətənlərimizin yurd həsrətindən söhbət açılır. Mingəçevir poliqrafiya müəssisəsində çapdan çıxan bu qəzetin redaktoru “Azərbaycan bayrağı” ordenli baş leytenant, II qrup Qarabağ müharibəsi əlili “Qızıl Qələm” mükafatçısı, yazıçı-jurnalist Baxşeyiş Abbasoğludur.