QƏZA YERİNDƏ AXTARIŞ İŞLƏRİ MÜVƏQQƏTİ OLARAQ DAYANDIRILMIŞDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran şəhərinin 2-ci mikrorayon yaşayış massivində çökmüş 5 mərtəbəli yaşayış evinin dağıntıları altında qalan sonuncu sakininin cəsədi çıxarıldıqdan sonra Dövlət Tikinti və Arxitektura Komitəsi mütəxəssislərinin rəyi əsasında qəza yerində axtarışlar müvəqqəti dayandırılmışdır.
Respublika Müdafiə Nazirliyi Mülki Müdafiə İdarəsinin xilasedicilərindən 45 nəfəri Bakıya yola düşmüş, 25 nəfəri isə qəza yerində qalmışdır.