Azərbaycan Dövlət İnformasiya Agentliyi

QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir

QHT Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri elan edir

Bakı, 22 avqust, AZƏRTAC

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

AZƏRTAC xəbər verir ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Qrant müsabiqəsi üçün müraciət isə oktyabrın 22-də yekunlaşacaq.

Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli 327 və 328 nömrəli qərarlarına uyğun təşkil edilir.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqələri üzrə: 15 min manat (icra müddəti 6 ayadək);

• Orta qrant müsabiqəsi üzrə: 30 min manat (icra müddəti 9 ayadək);

• Böyük qrant müsabiqəsi üzrə: 50 min manat (12 ayadək).

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

1. WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək.

Bu istiqamətdə üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın əvvəlki WUF tədbirlərində beynəlxalq təcrübəsinin olması;

- Xarici tərəfdaş qismində iştirak edən təşkilatın Qlobal Cənub QHT Platforması şəbəkəsində təmsil olunması; 

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin WUF13 zamanı forum məkanında (pavilyonlar, konfrans zalları və forumun digər yan tədbir məkanları) keçirilməsi.

2. Ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş

(Ekoloji məsələlərin həllinə kömək, sağlam və təhlükəsiz həyat tərzinin (narkotik vasitələrin istifadəsi, tütünçəkmə, yoluxucu xəstəliklərlə mübarizə, yaşıl nəqliyyatın, yol hərəkətinin təhlükəsizliyinin təşviqinə, həssas əhali qrupları (uşaqlar, qadınlar, ahıllar, əlillər, aztəminatlı ailələr, insan alveri qurbanları və s.) ilə işə, erkən nikahlarla mübarizə, məişət zorakılığının, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) həllinə yönəlmiş, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslərə üstünlük verilir)

3. Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə

(Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının naməlum taleyinin araşdırılması, onların ailələri ilə iş aparılması, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsi, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək verilməsi, təhlükələr barədə əhalinin maarifləndirilməsi, mina qurbanları, onların ailələri ilə iş aparılması, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində fəaliyyətin təşviqi üzrə təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq sahə üzrə beynəlxalq təcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Əsas tədbirin xarici ölkədə keçirilməsi.

4. Qərbi Azərbaycana qayıdış prosesi

(Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə, dinc yolla qayıdışın insan hüquqları prizmasından təhlilinə dair təşəbbüslərə üstünlük verilir)

Bu istiqamət üzrə QHT-lər yalnız koalisiya şəklində iştirak edə bilər. Əsas tələblər:

- Koalisiya minimum “1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) + 1 xarici QHT” formatına uyğun gəlməlidir;

- Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;

- Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (Azərbaycan və ingilis dillərində);

- Koalisiyada təmsil olunan xarici təşkilatlar haqqında ətraflı məlumat təqdim olunmalıdır (təmsil etdiyi ölkə, fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);

- Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;

- 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər;

- Koalisiya hər 3 müsabiqəyə (kiçik, orta, böyük qrant müsabiqələrinə) layihələr təqdim edə bilər, bu halda müsabiqə tələblərinə cavab verən layihələrdən yalnız 1-i maliyyələşdiriləcək;

Bu istiqamət üstünlük verilən məsələlər:

- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın müvafiq mövzuda beynəlxalq təcrübəsinin olması;

- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması;

- Xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılması.

5. Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş

(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə dair təşəbbüslərə üstünlük verilir);

6. Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək

(İşğaldan azad edilmiş ərazilərdə, Naxçıvan Muxtar Respublikasında tədbirlərin təşkilinə üstünlük verilir)

7. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər (sərbəst mövzu)

(Yuxarıda qeyd olunan istiqamətlər üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. İdeoloji təxribatlara, hibrid təhdidlərə qarşı profilaktikaya, zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılmasına, təhsilin, mədəniyyətin, ana dilinin saflığının qorunmasının, vicdan azadlığının, qida təhlükəsizliyinin, korrupsiyaya qarşı mübarizənin, ictimai nəzarətin təşviqinə dair təşəbbüslərə üstünlük verilir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin - 2023 cü il 14 sentyabr tarixli 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:

• layihə təklifi;

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

• məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;

• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Meyarlar:

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:

• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci il  sentyabrın 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);

• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur;

Tövsiyə

• QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nin xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni