QİÇS-LƏ MÜBARİZƏ ÜZRƏ QLOBAL FOND RUSİYAYA 34,6 MİLYON DOLLAR AYIRACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond Rusiyaya 34,6 milyon dollar ayıracaqdır. Bu qərar Rusiyanın səhiyyə və sosial inkişaf naziri Mixail Zurabovun QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun başçısı, ABŞ-ın səhiyyə naziri Tommi Tompsonla danışıqlarından sonra qəbul edilmişdir. Tərəflər Rusiyada İÇV/QİÇS-in müalicə xərclərinin azaldılmasına yönəldilmiş tədbirlər, habelə tədqiqat layihələrinin əlaqələndirilməsi yolları və bu təhlükəli xəstəliklə mübarizə sahəsində daha sıx əməkdaşlığın vacibliyi barədə razılığa gəlmişlər.