Qılıncoynadanımız Anna Başta dünya çempionatında şəxsi yarışlarda mübarizəni dayandırıb
Bakı, 27 iyul, AZƏRTAC
Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan milli komandasının üzvü Anna Başta İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında şəxsi yarışda çıxışını başa vurub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan idmançımız ilk görüşündə Hindistan təmsilçisi Anandha Çadalavadaya 15:13 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib.
Növbəti mərhələdə ABŞ idmançısı Maya Çamberleyni (15:6) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü “8-liy”ə düşmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstan sablyaçısı Yoana İlievaya 8:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, iyulun 29-da Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət Azərbaycan yığması komanda yarışında gücünü sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]