QIRĞIZ DILI HIMNININ TƏQDIMATI OLMUŞDUR
Qırğızıstan prezidenti yanında Dil Komissiyası bu yolla əhali arasında dövlət dilinin hörmətini artırmaq istəyir.
Himnin müəlliflərinin müəyyən olunmasına təxminən bir il vaxt lazım olmuşdur. Müsabiqədə 54 şair, 31 bəstəkar iştirak etmişdir. Münsiflər heyəti bəstəkar Bakıt Əlişirov və şair Seyit Altımışevin əsərini qırğız dili himni elan etmişlər. Mütəxəssislərin rəyinə görə, bu əsər ölkənin dövlət himnindən geri qalmır.
Qırğız dili himni ölkədə keçirilən bütün milli bayramlarda və qırğız dili ilə əlaqədar təşkil edilən tədbirlərdə səsləndiriləcəkdir.