Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən referendumdan yazır
Bişkek, 27 sentyabr, AZƏRTAC
Qırğızıstanın Kabar Milli İnformasiya Agentliyi və Ca-news portalı Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) haqqında materiallar yayıb.
Materiallarda Əsas Qanunun 29 maddəsinə təklif edilən əlavə və dəyişikliklər haqqında ətraflı məlumat verilir. Referendumu xarici və yerli müşahidəçilərin izlədiyi diqqətə çatdırılan materiallarda Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin əlavə və dəyişikliklərə müsbət münasibət bildirdiyi diqqətə çatdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek