Qırğızıstan parlamenti sədrinin müavini Almaniyaya səfərdən sonra ev şəraitində karantinə yerləşdirilib
Bişkek, 13 mart, АZƏRTAC
Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin müavini Aida Kasımaliyeva martın 12-dən 13-nə keçən gecə Almaniyaya işgüzar səfərdən qayıtdıqdan sonra ev şəraitində 14 günlük karantinə yerləşdirilib.
AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, Aida Kasımaliyeva analizlərinin nəticələrini gözləyir.
A.Kasımaliyeva deyib: “Bundestaqın dəvəti ilə bu ölkədə səfərdə oldum və müxtəlif görüşlər keçirdim. Koronavirus təhlükəsi səbəbindən görüşlərin bir hissəsini təxirə saldıq və mən ölkəyə qayıtdım. 14 gün evdə işləməli olacam. Mən özümü yaxşı hiss edirəm və orqanizmimdə heç bir dəyişiklik yoxdur. Karantində olduğum müddətdə ailə üzvlərim başqa yerdə yaşayacaq”.
Xatırladırıq ki, Almaniya koronavirusun yayıldığı birinci dərəcəli ölkələr sırasına daxildir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]