Qırğızıstanda parlament seçkilərində seçici fəallığı 37% təşkil edib
Astana, 1 dekabr, AZƏRTAC
Qırğızıstanda 30 noyabr tarixində keçirilmiş növbədənkənar parlament seçkilərində seçici fəallığı 1 milyon 584 mindən nəfərdən çox olub. Bu da səsvermə hüququna malik əhalinin 37 faizinə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kabar” agentliyinə Mərkəzi Seçki Komissiyasının üzvü Abdıjapar Bekmatov məlumat verib.
Bir sıra dairələrdə yüksək fəallıq qeydə alınıb - həmin dairələrdə seçicilərin təxminən yarısı səs verib. Eyni zamanda, Bişkek ətrafında yerləşən dairələrdə fəallıq daha aşağı - 24 – 25 faiz təşkil edib.
Bekmatov bildirib ki, bu göstəricilər ilkin xarakter daşıyır və məntəqə seçki komissiyalarının protokolları işlənildikcə dəqiqləşdirilir.
Bazar günü Qırğızıstanda Joqorku Keneşin (birpalatalı parlamentin) deputatlarının növbədənkənar seçkiləri keçirilib.
Ölkə üzrə 30 çoxmandatlı dairə yaradılıb. Hər dairədən parlamentə üç deputat seçilir.
Ümumilikdə Joqorku Keneş 90 deputatdan ibarətdir. Seçicilərin yekun siyahısına 4 294 243 nəfər daxil edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]