QIRĞIZISTANDA ÜÇ QATİLƏ ÖLÜM CƏZASI KƏSİLDİ
Abdulin qətldə, cinayətkar dəstə təşkil etməkdə, qanunsuz olaraq odlu silah almaqda, saxlamaqda və satmaqda, narkotik bitkilər becərməkdə təqsirli sayılmışdır. Onun təqsiri tamamilə sübuta yetirilmişdir.
Abdulinin əlaltıları Əzəmət Zakirov və Yevgeni Qolovin də ölüm cəzasına məhkum edilmişlər. Bu cinayətin digər iştirakçısı Əziz Batukayev əmlakı müsadirə olunmaqla 16 il müddətinə azadlıqdan məhrum olunmuşdur.
Tınıçbek Akmatbayev 2005-ci ilin oktyabrında 31 nömrəli islah koloniyasında vəziyyətlə tanış olarkən qətlə yetirilmişdir. O vaxt deputatla birlikdə onu müşayiət edən üç şəxs də öldürülmüşdür. Sonralar, bu ilin mayında deputatın qardaşı, həmçinin, parlamentə seçilən Rıspek Akmatbayev də qətlə yetirilmişdir.
Xatırladaq ki, Qırğızıstanda 1998-ci ildən ölüm cəzasına moratorium qoyulmuşdur. Lakin onun müddəti hər il respublika Prezidentinin fərmanı ilə uzadılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]