Qırmızı dənizdə quru yük daşıyan gəmi batıb
Bakı, 3 mart, AZƏRTAC
Fevral ayında hücuma məruz qalan “Rubymar” quru yük gəmisi Qırmızı dənizdə batıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Yəmən hökumətinin bəyanatına istinadla məlumat yayıb. Yəmənin “Saba” dövlət agentliyinin məlumatına görə, “Rubymar”da vəziyyətin monitorinqi ilə məşğul olan böhran qrupu elan edib ki, gəmi martın 1-də axşam batıb. Buna əlverişsiz hava şəraiti və dənizdə güclü külək səbəb göstərilir.
Fevralın 19-da Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə husilərin zərbə endirdiyi, nəticədə gəminin ciddi zərər çəkdiyi barədə xəbər verilmişdi.
Buna qədər üsyançı husilər Qırmızı dənizdə və Ədən körfəzində iki ticarət gəmisinə 6 raket zərbəsi endiriblər, gəmilərdən biri zərər çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]