“Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin iclası keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) tərəfindən təsis edilən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, iclasda qiymətli metallar və qiymətli daşlar sahəsinin inkişafı istiqamətində görülən işlər, həmçinin Texniki Komitəyə təqdim edilən AZS ISO 8653:2023 "Zərgərlik məmulatları. Üzük ölçüləri, anlayışlar, ölçülər və adı" və AZS XXX:2023 "Gümüş külçələr. Texniki şərtlər" dövlət standartlarının layihələri müzakirə edilib. Sonda dövlət standartlarının layihələrinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar verilib.
Görüşdə “AzerGold” QSC, “Azərsuvenir” MMC, “Azərbaycan Zərgərlər Assosiasiyası” İB, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Zonaların İnkişafı Agentliyi, “Levata Group” MMC, “Unique Group” MMC, “Tac Gold” MMC, “Shakh Filigree”, "Dr. Jeweler" şirkətinin nümayəndələri və fiziki şəxslər iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]