Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılıb
Bakı, 5 iyun, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun baş mütəxəssisi Əfruz Qurbanova və Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərovun həmmüəllifi olduqları məqalə “Türkologiya” jurnalında çap olunub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” adlı tədqiqat işində vətəndaşların adlandırılması sistemi və milli identiklik məsələlərindən bəhs olunub. Həmçinin Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılıb. Qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilib.
Məqalədə Azərbaycan vətəndaşlarının ad və soyadları, bu sahədə tarixi ənənələr və ad strukturu ətraflı təhlil edilib, xarici təcrübə araşdırılıb, təkliflər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan, türk, rus və ingilis dillərində məqalələrin dərc olunduğu “Türkologiya” jurnalı müvafiq sahənin tarixini və aktual problemlərini, eləcə də türk xalqlarının tarixi və mədəni zənginliklərini işıqlandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:28]
BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi
- 09.10.2026 [14:38]
Nobel Sülh Mükafatının laureatı məlum olub
- 09.10.2026 [13:20]
DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır
- 09.10.2026 [13:17]
AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub
- 09.10.2026 [12:54]