Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal şəhərsalma gündəmində Kəlbəcər imzası: Yaşıl enerji, dayanıqlı memarlıq və müasir urbanizasiya

Bakı, 24 aprel, AZƏRTAC

Müasir dövrdə şəhərsalma artıq, sadəcə, fiziki infrastruktur quruculuğu ilə məhdudlaşmır, bu proses sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və rəqəmsal innovasiyaların vəhdətini təşkil edən mürəkkəb bir ekosistemdir. Bu kontekstdə, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platforma kimi çıxış edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusən də uca dağlar qoynunda yerləşən Kəlbəcərdə reallaşdırılan misilsiz bərpa-quruculuq işləri forum iştirakçıları üçün ən mükəmməl nümunələrdən biri kimi xüsusi maraq doğurur. Kəlbəcərdə tətbiq olunan “yaşıl enerji”, dayanıqlı memarlıq və müasir şəhərsalma həlləri, əslində, gələcəyin şəhərləri üçün Azərbaycanın təqdim etdiyi yol xəritəsidir.

AZƏRTAC Kəlbəcərdə aparılan genişmiqyaslı yenidənqurma işlərinə və müasir şəhərsalma yanaşmalarına həsr olunan məqaləni təqdim edir.

Kəlbəcərdən WUF13-ə baxış

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən strateji və sistemli siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsiplərinə əsaslanan intibah dövrünü yaşayır. Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası çərçivəsində Kəlbəcər rayonunda aparılan genişmiqyaslı quruculuq işləri bu layihənin ən parlaq nümunələrindəndir. Artıq rayonun birinci yaşayış məhəlləsinin ilk mərhələsi uğurla tamamlanıb və 162 ailə onilliklərin həsrətindən sonra müasir standartlara cavab verən doğma yurdlarına qovuşub. Bu proses, sadəcə, sakinlərin fiziki qayıdışını deyil, həm də bölgənin sosial-iqtisadi həyatının əsaslı bərpasını, ekoloji təmiz “ağıllı” şəhərsalma həllərinin tətbiqini və bölgənin inkişafının möhkəm təməllər üzərində qurulmasını ehtiva edir.

Şəhər mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrinin də fundamental şəkildə yenidən qurulması dövlət siyasətinin prioritet istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Hazırda müxtəlif kəndlər üzrə kompleks layihələndirmə işləri sürətlə aparılır, bir qrup layihə isə artıq ekspertiza mərhələsinə qədəm qoyub. Xüsusilə 2026-cı ildə 547 fərdi evdən ibarət olacaq Zar kəndinin istifadəyə verilməsi planı müasir kənd həyatının keyfiyyət standartlarına yeni yanaşmalar gətirəcək. Bu model kənd təsərrüfatı və yaşayış mühitinin müasir standartlara uyğun, rəqəmsal və ekoloji həllərlə sintezini özündə birləşdirir. Belə kompleks yanaşma WUF13 çərçivəsində qlobal gündəmdə olan inklüzivlik, sosial ədalət və balanslı regional inkişaf prinsipləri ilə tam uzlaşaraq, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini beynəlxalq müstəviyə daşıyır.

Sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılır. Kəlbəcər şəhərində müasir Təhsil Kompleksinin açılması da planlaşdırılır. Bu layihə yalnız təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına deyil, həm də qayıdan əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək. Eyni zamanda, 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulan “İstisu” Müalicə-İstirahət Kompleksi bölgədə sağlamlıq turizminin inkişafına yeni təkan olacaq. Bu cür layihələr şəhərsalmanın yalnız yaşayış sahələri ilə məhdudlaşmadığını, iqtisadi və sosial funksiyaları da özündə birləşdirdiyini nümayiş etdirir.

Kəlbəcərin yenidən qurulmasında nəqliyyat infrastrukturu da xüsusi yer tutur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun üzərində yerləşən, uzunluğu 11,7 kilometr olan “Murovdağ tuneli” mühəndislik baxımından mühüm nailiyyət hesab olunur. Dünyanın ən uzun avtomobil tunellərindən olan bu layihə regionun əlçatanlığını artırmaqla yanaşı, iqtisadi fəallığın genişlənməsinə də şərait yaradır. Layihə çərçivəsində əlavə tunellərin tikintisinin davam etdirilməsi isə kompleks yanaşmanın göstəricisidir. Bu cür iri infrastruktur layihələri WUF13-də dayanıqlı nəqliyyat və regionlararası inteqrasiya mövzularında müzakirə edilən əsas məsələlərlə üst-üstə düşür.

Kəlbəcərdə icra olunan infrastruktur layihələrinin özəyini enerji təhlükəsizliyi və ekoloji davamlılıq prinsipləri təşkil edir. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi strategiyasına uyğun olaraq, rayonun zəngin hidroenerji potensialından səmərəli istifadə məqsədilə bir neçə kiçik su elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Bu addım təkcə bərpaolunan enerji istehsalının artırılmasına deyil, həm də karbon emissiyasının minimuma endirilməsi və regionun ekoloji balansının qorunmasına xidmət edən strateji şaxələndirmədir. Məhz şəhər və regionların enerji keçidi vasitəsilə “təmiz” inkişafı WUF13 çərçivəsində beynəlxalq ekspertlərin, urbanistlərin və ekoloqların ən çox diqqət yetirdikləri və alternativ model kimi axtardıqları əsas qlobal trendlərdən biridir.

Ümumilikdə Kəlbəcərdə həyata keçirilən və planlaşdırılan layihələr ardıcıl, sistemli və gələcəyə hesablanmış yanaşmanın nəticəsidir. Burada müasir şəhərsalma prinsipləri, innovativ texnologiyalar, sosial rifah və ekoloji tarazlıq vahid konsepsiyada birləşdirilir. Bu model yalnız Azərbaycanın deyil, postmünaqişə dövrünü yaşayan digər regionlar üçün də nümunə kimi çıxış edə bilər.

Azərbaycanın Kəlbəcərdə və azad olunmuş digər ərazilərdə tətbiq etdiyi model – sürətli bərpa, müasir təhsil müəssisələrinin tikintisi, yaşıl enerji və nəhəng infrastruktur layihələrinin vəhdəti Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək beynəlxalq ekspertlər üçün yeni təcrübə mənbəyi ola bilər.

Kəlbəcər bu gün sübut edir ki, viran qoyulmuş əraziləri düzgün planlaşdırma və güclü siyasi iradə ilə qısa müddətdə dünyanın ən müasir və yaşanıla bilən məkanlarına çevirmək mümkündür. WUF13 platformasından baxdıqda 2026-cı ilin Kəlbəcəri gələcəyin şəhərsalma standartlarının reallığa çevrildiyi bir məkandır.

Müəllif – Ceyhun Rüstəmov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir