“QLOBALLAŞAN DÜNYADA İNSAN HÜQUQLARI” MÖVZUSUNDA SƏRGİ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “Qloballaşan dünyada insan hüquqları” mövzusunda kitab sərgisi keçirilmişdir. İnsan hüquqlarının təbliğinə həsr olunmuş sərgidə 200-dən artıq kitab nümayiş etdirilmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, sərgidə təsisatın əməkdaşı Rəşid Rumzadə ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat vermiş, ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini qeyd etmiş, respublikamızda elm xadimlərinin, tələbələrin mütəmadi istifadə etdiyi ilk İnsan Hüquqları Kitabxanasının Müvəkkilin təşəbbüsü ilə yaradıldığını diqqətə çatdırmışdır.
Aparatın əməkdaşı Ombudsmanın təşəbbüsü ilə insan hüquqlarının təbliği üzrə nəşr edilmiş ədəbiyyatı, bu sahədə görülən işləri, beynəlxalq insan hüquqları institutlarının kitabxanaları ilə səmərəli əməkdaşlıq əlaqələrini sərgi iştirakçılarının və gənc alimlərin diqqətinə çatdırmış, onların suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]