COP29
Qreys Henri: COP29 yüksək səviyyədə təşkil olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanda COP29-a hazırlıq olduqca təqdirəlayiqdir. Qonaqpərvərlik yüksək səviyyədədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizə gələn Ada dövlətlərində qlobal dayanıqlılıq və innovasiyaların təmin edilməsi üzrə direktor Qreys Henri deyib.
Dörd gündür ki, Bakıda olduğunu bildirən Q.Henri COP29-un yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb. “Səfər çərçivəsində Azərbaycanda turizm üçün maraqlı, gözəl və görməli yerlərin şahidi olduq", - deyə o əlavə edib.