QROSSMEYSTER AZƏR MİRZƏYEV BEYNƏLXALQ TURNİRDƏ YAXŞI NƏTİCƏ GÖSTƏRMİŞDİR
Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan şahmatçıları Yunanıstanda başa çatmış beynəlxalq şahmat turnirində uğurla çıxış etmişlər.
Beynəlxalq qrossmeyster Azər Mirzəyev 182 şahmatçının iştirak etdiyi turnirdə 7 xal toplayaraq 1-9-cu yerləri bölmüşdür. Şəxsi əmsallara görə idmançımız 9-cu yeri tutmuşdur.
Digər həmyerlimiz Rəsul İbrahimov isə 6,5 xalla yarışı 14-cü pillədə başa vurmuşdur.
Turnirin qalibi adını isə şəxsi əmsallarına görə rəqiblərini üstələmiş Ukrayna təmsilçisi A.Tuxaev qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]